“Karyeram ərzində Belçikanın “Anderlext”, “Serkl Brügge” və “Vesterle” klublarında oynadıqdan sonra “Qarabağ”a transfer olunmuşam. Azərbaycan çox xoşbəxt illər keçirmişəm. “Adanaspor”da yaxşı futbol sərgiləməyə çalışacam. Ümid edirəm ki, ailəm də Adanada xoşbəxt olacaq”.
Korner.az-ın məlumatına görə, bu sözlər “Qarabağ”dan Türkiyənin “Adanaspor” klubuna transfer olunan Reynaldoya məxsusdur.
Braziliyalı futbolçu bu gün yeni klubunda ilk məşqinə çıxıb. Məşqdən sonra jurnalistlərə açıqlama verən “sambaçı” Adanada xoşbəxt olduğunu deyib: “Adanaspor”da ilk günlərim xoşbəxt keçir. Hər kəs mənə koməklik göstərir, bilmədiklərimi öyrədir. Bu da məni xoşbəxt edir. Yeni ölkə, yeni yaşayış qəribə olsa da, qarşılanma mərasimim möhtəşəm oldu. Buna görə hər kəsə təşəkkür edirəm
Həmişə olduğu kimi, “Adanaspor”da hədəflərim var. Komandaya daha çox kömək etmək istəyirəm.Əlimdən gəldiyinin ən yaxşısını etməyə, çoxlu qollar vurmağa çalışacam.Hələlik hədəflərim bu qədərdir”.
Adana çox gözəl şəhərdi, iqlim möhtəşəmdi. Ümid edirəm ki, günəşli hava şəraiti belə də davam edər. Bir sözlə, özümü Adanada yaxşı hiss edirəm”.
