“Qarabağ”ın braziliyalı forvardı Reynaldo Silva 20 Yanvar faciəsi ilə bağlı instagram hesabında Bəxtiyar Vahabzadənin “Şəhidlər” əsərini paylaşıb.
Korner.az-ın məlumatına görə, futbolçu bununla Azərbaycan xalqına olan dərin hörmət və ehtiramını bir daha göstərib.
Qeyd edək ki, bu gün 20 Yanvar faciəsinin 26-cı ildönümüdür.
