Reyna futboldan gedir – Özü açıqladı
20.05.2025 , 14:58

“Komo”nun qolkiperi Pepe Reyna futbol karyerasını bitirir.
Korner.az xəbər verir ki, 41 yaşlı qapıçı bu barədə açıqlamasında deyib.
O, mövsümün sonunda futboldan gedəcəyini bildirib.
İspaniyalı oyunçu “Komo”dan başqa “Vilyarreal”, “Liverpul”, “Napoli”, “Bayern”, “Milan”, “Aston Villa”, “Latsio” kimi klublarda forma geyinib.
