Azərbaycanın bir nömrəli arenası olan Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyü yenisi ilə əvəz olunur.
Korner.az-ın məlumatına görə, bu barədə məlumatı stadionun direktoru Akif İsmayılov deyib. Onun sözlərinə görə mərkəzi arenanın ot örtüyünün 70 faizədək hissəsinə yeni ot örtüyü döşənib. Sentyabrın 21-də Topaz Premyer Liqasının VII tur oyununda “Qarabağ”, “Simurq”u bu arenada qəbul edə biləcək.
