Reşfordun keçidini rəsmən açıqladılar
03.02.2025 , 10:45

“Mançester Yunayted”in hücumçusu Markus Reşfordun yeni klubu rəsmiləşib.
Korner.az xəbər verir ki, futbolçu “Aston Villa”da forma geyinəcək.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İngiltərə millisinin üzvü ilə bu ilin iyununa qədər müqavilə imzalanıb.
“Aston Villa” oyunçunu birdəfəlik transfer etmək üçün qarşı tərəfə 40 milyon avro ödəməlidir.
