Reşforddan ÇL-də yeni rekord
29.10.2020 , 20:48

“Mançester Yunayted”in futbolçusu Markus Reşford Çempionar Liqasında yeni rekord müəyyənləşdirib.
Korner.az xəbər verir ki, 22 yaşlı hücumçu buna “Leypsiq”lə matçda (5:0) nail olub. Görüşün 63-cu dəqiqəsində meydana daxil olan oyunçu 74, 78 və 90+2-ci dəqiqələrdə rəqibin qapısına yol tapıb.
Bununla da o, turnirdə ehtiyatdan meydana daxil olduqdan sonra ən tez het-trik etməyi bacaran futbolçu kimi tarixə düşüb.
