Reşford üçün Fatini verəcəklər
24.12.2024 , 12:30
“Barselona” “Mançester Yunayted”in hücumçusu Markus Reşford üçün hərəkətə keçib.
Korner.az xəbər verir ki, İspaniya nəhəngi futbolçunu tezliklə heyətinə qatmaq istəyir.
Klub rəhbərliyi 27 yaşlı oyunçunu qışda transfer edəcək.
Kataloniya təmsilçisi Reşford üçün “qırmızı şeytanlar”a Ansu Fatini verməyə hazırdır.
Cari mövsüm Markus Reşford klub üçün bütün yarışlarda 24 oyun keçirib, 7 qol vurub və üç məhsuldar ötürmə verib.