Reşford Türkiyə klubuna keçir?
24.12.2024 , 18:47
“Mançester Yunayted”dən ayrılacağı gözlənilən Markus Reşfordla bağlı yeni iddia ortaya atılıb.
Korner.az xəbər verir ki, futbolçunun karyerasını Türkiyə Super Liqasında davam etdirəcəyi bildirilir.
“Qalatasaray” ingiltərəli vingerin xidmətində maraqlıdır.
İstanbul təmsilçisi 27 yaşlı oyunçunu icarəyə götürmək istəyir.
“Qalatasaray” rəhbərliyi yanvar ayında ulduz futbolçu üçün danışıqlara başlayacaq.