Reşford klubuna qayıdır
01.07.2025 , 11:01

“Aston Villa” “Mançester Yunayted”dən icarəyə götürdüyü Markus Reşfordu komandada saxlamayacaq.
Korner.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Klub futbolçunun transfer hüquqlarına yiyələnmək istəməyib.
28 yaşlı oyunçu müqavilə ilə məxsus olduğu “qırmızı şeytanlar”a qayıdacaq.
