Reşford İtaliya yolunda
07.01.2025 , 09:45
“Mançester Yunayted”in hücumçusu Markus Reşford klubunu tərk edə bilər.
Korner.az xəbər verir ki, futbolçunun İtaliya nəhənginə keçəcəyi iddia olunur.
İngiltərəli oyunçunum xidnətində “Milan” maraqlıdır. Hazırda 27 yaşlı forvardın transfer dəyəri 55 milyon avro olaraq qiymətləndirilir.
Reşford bu mövsüm “Mançester Yunayted”in heyətində 24 oyun keçirib, 7 qol vurub və 3 məhsuldar ötürmə verib.