Reşford “Barselona”da parlayır – Linekerdən yüksək qiymət
17.11.2025 , 10:53
Keçmiş İngiltərə millisinin hücumçusu Qari Lineker, “Barselona”da çıxış edən Markus Reşfordun oyununu yüksək qiymətləndirib.
Korner.az xəbər verir ki, Lineker Reşfordun Kataloniya klubundakı performansının gözlənilən səviyyədə olduğunu bildirib:
“Reşford məni təəccübləndirmir. Onu çox yaxşı tanıyıram və bilirəm ki, özünü rahat və xoşbəxt hiss edəndə həqiqətən səviyyəli oyun sərgiləyir. ‘Barselona’da hər şey yolundadır, meydanda mütəmadi olaraq yer alır və çox yaxşı təsir bağışlayır”.
“Mançester Yunayted”dən icarəyə götürülən 28 yaşlı hücumçu, Hans-Diter Flikin rəhbərliyi altında məhsuldar mövsüm keçirir. Reşford bu günə qədər 16 matçda 6 qol vurub və 9 assistlə yadda qalıb. Bundan başqa, “Barselona”nın onu təxminən 30 milyon avroya daimi transfer etmək imkanı olduğu iddia edilir.