Reşford “Aston Villa”da qalacaq?
03.03.2025 , 17:00

Hazırda icarə əsasında “Aston Villa”da çıxış edən Reşford “Mançester Yunayted”ə qayıtmaya bilər.
Korner.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Xəbətə görə, Premyer Liqa klubu hücumçunu birdəfəlik almaq istəyir.
“Aston Villa” bunun üçün 48 milyon avrosundan keçməlidir.
Ulduz futbolçunun İngiltərə klubu ilə icarə müqaviləsinin müddəti mövsümün sonuna qədərdir.
