Reşford: “Arauxonun qovulması hər şeyi çətinləşdirdi”
26.11.2025 , 13:53
“Barselona”nın cinah oyunçusu Markus Reşford komandasının Çempionlar Liqasının 5-ci turunda “Çelsi”yə 0:3 hesabı ilə məğlub olmasını şərh edib.
Korner.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli futbolçu matçdan sonra bunları deyib:
“Xüsusilə Ronald Arauxo qovulduqdan sonra vəziyyət çox çətinləşdi. Çətin anlarda birliyimizi qorumağa və topa nəzarəti artırmağa çalışdıq, amma dünən gecə bir çox şey istədiyimiz kimi alınmadı. Düşünürəm ki, topa daha çox sahib olsaydıq və “Çelsi”nin say üstünlüyündən istifadə etməsinin qarşısını ala bilsəydik, 10 nəfərlə belə şansımız olardı. Qırmızı vərəqədən sonra fasilədə bəzi düzəlişlər etməyə çalışdıq, amma bunun da öhdəsindən gələ bilmədik”.
Qeyd edək ki, “Mançester Yunayted”dən icarə əsasında “Barselona”ya qoşulan Reşford oyunun ilk hissəsinin sonunda əvəzedici kimi meydana daxil olub.