“Renn”dən 25 milyonluq transfer
08.07.2023 , 10:44

“Renn” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, klub “Loryan”ın yarımmüdafiəçisi Entso Le Feni transfer edib.
“Renn” bu transferə görə “Loryan”a 25 milyon avro ödəyib.
23 yaşlı futbolçu ilə də 5 illik müqavilə imzalanıb.
