big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Rendel Brenes: “Geniş danışmaq üçün deyəcəyim söz yoxdur” – MÜSAHİBƏ

18.06.2012 , 19:28

Kosta-Rika millisinin və “Xəzər Lənkəran” klubunun hücumçusu Rendall Brenesin müsahibəsi.

– “Xəzər Lənkəran”da çıxış etdiyiniz 6 ayla bağlı nə deyə bilərsiniz?
– Onu deyim ki, komandada hər şeydən razıyam. Mənə qarşı əla münasibət var. Ümid edirəm ki, qarşıdakı 6 ay mənim üçün daha uğurlu olacaq və komandaya daha çox xeyir verə biləcəyəm.

– Yəqin ki, Azərbaycana gəlməzdən öncə çempionatımız haqda geniş məlumatınız olmayıb. Arxada qalan 6 ay sizdə hansı təəssürat yaradıb?
– Düz deyirsiz, həqiqətən də ölkənizə gəlməzdən əvvəl Azərbaycan çempionatı haqda informasiyam yox idi. Ancaq səmimi sözümdü, daha aşağı səviyyədə çempionat gözləyirdim. Ancaq bunun əksini görəndə, yaxşı mənada təəccübləndim. Çünki eyni səviyyədə olan komandalar çoxdur. Onu da deyim ki, bizim komanda ən yaxşılar sırasındadır. Güclü futbolçulara malik kollektivimiz var.

– “Xəzər Lənkəran”ın heyətində meydana çıxdığınız oyunlardan hansı sizin üçün çətin, hansı asan olub?
– Hansısa matçın mənim üçün asan olduğunu deyə bilmərəm. Ancaq “Bakı”ya məğlub olduğumuz hər 2 oyunu uğursuz sayıram. Deyə bilmərəm ki, çətin oldu. Sadəcə, komandamızın oyunu alınmadı. Bu səbəbdən hər ikisində uduzduq.

– Belə demək olar ki, Brenes həmin qarşılaşmalarda “Bakı”da çıxış edən həmyerlisi Uinston Parksa uduzdu?
– Elə deməzdim. Tək Brenes yox, “Xəzər Lənkəran” uduzdu. Eyni zamanda, Parks yox, “Bakı” qalib gəldi. Özü də Uinston həmin oyunlarda meydanda yox idi.

– Az öncə milli komandanızın oyunlarında iştirak etməyə getmişdiniz…
– Əvvəlcə Qvatemala yığması ilə 2 yoldaşlıq görüşü keçirdik. Biri evdə, biri səfərdə oldu. Sonra Salvadorla evdə, ardında Qayana ilə səfərdə oynadıq. Yalnız birinci oyunda qol vurmağı bacardım.

– “Xəzər Lənkəran”ın indiki hazırlığı haqda nə deyə bilərsiniz?
– Geniş danışmaq üçün deyəcəyim söz yoxdur. Çünki cəmi 3 gündü hazırlığa qoşulmuşam. Ancaq hər şey qaydasındadır. Ümidim var ki, Avroliqada daha yaxşı çıxış edəcəyik. “Xəzər Lənkəran”ın ilk dəfə mərhələ keçmiş futbolçuları kimi adımızı tarixə yazarıq.

– Hazırda davam edən Avropa çempionatında favoritiniz kimdi və hansı komandaya azarkeşlik edirsiz?
– Ölkəmizdə daha çox İspaniya yığmasını dəstəkləyirlər. Bir az da Portuqaliya millisini. Çünki onların oyunu azarkeşlərin ürəyinə daha çox yatır. Xüsusilə, ispanların. Mən də bu komandanın Avropa çempionu olmağını istərdim. Çünki ispanların oyunu mənim də xoşuma gəlir.

apasport.az

Son yazılar

To Top