Renat qol vurdu, komandası qalib gəldi
07.08.2023 , 11:19
Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun formasını geyindiyi “Qrasshopper” İsveçrə çempionatında növbəti oyununa çıxıb.
Korner.az xəbər verir ki, Sürix təmsilçisi azarkeşləri önündə “Bazel”i qəbul edib və 3:1 hesabı ilə qalib gəlib.
Renat bu oyunun iştirakçısı olub. Start heyətdə meydana çıxan hücumçu 68-ci dəqiqədə əvəzlənib. Renat komandasının 3-cü qolunun müəllifi olub.
“Qrasshopper” 3 turdan sonra 4 xalla 6-cı sıradadır.