Renatın komandasından heç-heçə
30.09.2023 , 23:21

Türkiyə Superliqasında 7-ci turun oyunları keçirilir.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun formasını geyindiyi “Hatayspor” “Sivasspor”un qonağı olub.
Matç 0:0 hesablı heç-heçə ilə başa çatıb.
Renat Dadaşov bu görüşə ehtiyatda başlayıb. O, 59-cu dəqiqədə Karlos Strandberqin yerinə meydana daxil olub.
“Hatayspor” 11 xalla (7 oyun) turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
