Renatın komandasında yeni baş məşqçi
09.06.2023 , 21:56

Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun çıxış etdiyi “Qrasshopper”in yeni baş məşqçisi bəlli olub.
Korner.az xəbər verir ki, komandanı bundan sonra Bruno Berner rəhbərlik edəcək.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 46 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.
