Renatın komandası səfərdə məğlub oldu
22.05.2023 , 13:43
İsveçrə çempionatında 34-cü turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Renat Dadaşovun çıxış etdiyi “Qrasshopper” səfərdə “Sürix”ə məğlub olub – 1:2.
Görüşün iştirakçısı olan Renat 60-cı dəqiqədə meydana daxil olub və fərqlənə bilməyib.