Renatın komandası növbəti mərhələdə
29.10.2024 , 17:58

Azərbaycan millisinin üzvü Renat Dadaşovun formasını geyindiyi “Ankaragücü” Türkiyə Kubokunda 3-cü təsnifat mərhələsinin oyununa çıxıb.
Korner.az xəbər verir ki, komanda səfərdə “Bursa Nilufer”lə qarşılaşıb.
Matçda Renatın komandası 3:2 hesablı qələbə qazanıb. Bununla da “Ankaragücü” Türkiyə Kubokunun növbəti mərhələsinə yüksəlib.
Renat isə bu görüşdə iştirak etməyib.
