Renatın Çempionşip təmsilçisinə keçidi baş tutmadı
24.07.2020 , 18:59

İngiltərə Çempionşipində mübarizə aparan “Birmingem Siti” “Vulverhempton”da çıxış edən Renat Dadaşovu transfer etmək istəyib.
Korner.az xəbər verir ki, aşağı liqa klubu 21 yaşlı hücumçunu icarəyə götürmək istəsə də, klublar arasında razılıq əldə olunmayıb.
Renatla Çempionşipin digər təmsilçisi “Koventri” də maraqlanır.
Xatırladaq ki, Renat 2019-cu ilin avqustunda “Vulverhempton”a keçib.
