Renatdan “Tottenhem”ə 2 qol
03.03.2020 , 16:57

İngiltərə Premyer Liqa 2-də növbəti oyunlar keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Renat Dadaşovun çıxış etdiyi “Vulverhempton”un U-23 komandası səfərdə “Tottenhem” U-23lə kollektiv qarşılaşıb və məğlub olub – 2:3.
Dadaşov da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
Komandasının hər iki qolunu da Renat vurub. O, 77-ci dəqiqədə penaltidən fərqlənibsə, 85-ci dəqiqədə fərqi minimuma endirib.
