Renat üçün 90 dəqiqə və 1 xal
22.02.2020 , 17:16

İngiltərə Premyer Liqa Kubokunda növbəti oyunlar keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun çıxış etdiyi “Vulverhempton”un U-23 komandası da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə “Lids”in U-23 kollektivi ilə üz-üzə gəlib. Matç heç-heçə ilə bitib – 1:1.
Dadaşov da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
