Renat qol vurdu, komandası heç-heçə etdi
11.08.2022 , 12:23

Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun çıxış etdiyi “Qrasshopper” İsveçrə çempionatında növbəti matçına çıxıb.
Korner.az xəbər verir ki, komanda IV tur oyununda səfərdə “Lütsern”lə qarşılaşıb. Görüş 1:1 hesabıyla başa çatıb.
Dadaşov bu matçda iştirak edib. Start heyətində meydana çıxan hücumçu 60-cı dəqiqədə meydanı tərk edib. Dadaşov 38-ci dəqiqədə komandasının yeganə qoluna imza atıb.
