Renat oynadı, komandası qələbə qazandı
11.11.2019 , 11:19
Portuqaliya çempionatında XI turun oyunları keçirilib.
Millimizin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Pasuş de Ferreyra” doğma meydanda “Tondela” ilə qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb – 1:0.
Renat da görüşün iştirakçısı olub. O, 45+1-ci dəqiqədə meydana buraxılıb.
Renat bu yay İngiltərənin “Vulverhempton” klubuna transfer olunsa da, “Pasuş de Ferreyra”ya 1 illik icarəyə verilib. Futbolçumuzun komandası hazırda 8 xalla 18 kollektiv arasında 17-cidi.
