Renat İngiltərəni tərk edə bilər
07.04.2020 , 12:46

İngiltərənin “Vulverhempton” klubunun U-23 komandasında çıxış edən millimizin üzvü Renat Dadaşov yenidən icarəyə göndərilə bilər.
Korner.az-ın məlumatına görə, ikinci komandada uğurlu çıxış edən hücumçunun özünü daha da inkişaf etdirməsi məqsədi ilə icarəyə göndərilməsi planlaşdırılır.
Komandanın əsas hücumçusu Raul Ximeneslə rəqabətə girə bilməyən Renatın karyerasını başqa komandada davam etdirməsi daha real görünür.
