Almaniya Gənclər Bundesliqasının Cənub zonasında 19-cu turun oyunları davam edir.
Millimizin hücumçusu Renat Dadaşovun və U-19 yığmamızın üzvü Murad Mahmudovun çıxış etdiyi “Ayntraxt”ın U-19 komandası səfərdə “Furth”la qarşılaşıb.
Görüş meydan sahiblərinin 3:2 hesabı qələbəsi ilə başa çatıb. 90 dəqiqə meydanda olan R.Dadaşov komandasının qollarından birini vurub. Murad Mahmudov isə 74-cü dəqiqədə əvəzlənib.
“Ayntraxt” 19 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.
