Renat Dadaşova sponsor – FOTO
19.02.2020 , 16:15

İngiltərənin “Vulverhempton” klubunda forma geyinən Azərbaycan millisinin üzvü Renat Dadaşov yeni sponsorluq müqaviləsi imzalayıb.
Korner.az xəbər verir ki, bu barədə futbolçu “instagram” hesabında məlumat yayıb.
Dadaşov “Adidas” şirkəti ilə müqavilə imzalayıb. Sözləşmənin müddəti 3 ildi.
Renat Dadaşov “Vulverhempton”un U-23 komandasında çıxış edir.
