Renat Dadaşov “Vulverhempton”da
06.08.2019 , 16:59

İngiltərə Premyer Liqa təmsilçisi “Vulverhempton” Portuqaliyanın “Eştoril” klubunda çıxış edən Azərbaycan millisinin hücumçusu Renat Dadaşovu transfer edib.
Korner.az xəbər verir ki, “canavarlar” hücumçu ilə müqavilə bağladıqdan sonra icarəyə verib.Futbolçu Portuqaliyanın Premyer Liqa təmsilçisi “Pasuş de Ferreyra” da bir mövsüm çıxış edəcək.
