Renat Dadaşov “Vulverhempton”da dubl etdi
15.01.2020 , 13:46

Azərbaycan millisinin üzvü Renat Dadaşovun çıxış etdiyi “Vulverhempton”un U-23 komandası “Birmingham County Senior Challenge Cup”da növbəti oyununu keçirib.
Komanda “Tividale” ilə qarşılaşıb və 6:0 hesablı qələbə qazanıb. Renat oyunda 2 qol vurub.
Qeyd edək ki, 20 yaşlı hücumçu mövsümün ilk yarısını icarə əsasında Portuqaliyanın “Pasuş de Ferreyra” klubunda keçirib. “Vulverhempton” Renatı yenidən icarəyə verəcəyi gözlənilir.
