Renat Dadaşov qol vurdu, meydandan qovuldu
19.08.2018 , 12:45

Portuqaliya Sequndasında ikinci turun görüşləri keçirilib.
Azərbaycan yığmasının futbolçusu Renat Dadaşovun formasını geyindiyi “Eştoril” səfərdə “Braqa”nın B komndası ilə qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib. Matçda yeganə qolu Renat Dadaşov 57-ci dəqiqədə vurub. 19 yaşlı hücumçu 90+1-ci dəqiqədə rəqibinə qarşı kobud oynayaraq, qırmızı vərəqə alaraq, meydandan qovulub.
Dadaşov ötən turda penaltidən fərqlənə biıməmişdi.
Qeyd edək ki, “Eştoril” 2 turdan sonra 6 xalla turnir cədvəlinə başçılıq edir.
