Renat Dadaşov Portuqaliyada debüt etdi
11.08.2018 , 18:43

Millimizin üzvü Renat Dadaşov yeni klubu “Eştoril”də debüt edib
19 yaşlı hücumçu Portuqaliya Sequndasında yeni mövsümün açılış matçında “Portu”nun B komandasına qarşı oynayıb.
Görüşə ehtiyatda başlayan Dadaşov 63-cü dəqiqədə – komandası hesabda 3:0 irəlidə olarkən meydana daxil olub.
Oyun “Eştoril”in 4:0 hesablı qələbəsi ilə başa çatıb.
