AFFA Almaniyanın “Ayntraxt” klubunun U-19 komandasında çıxış edən Renat Dadaşovu Azərbaycan U-21 komandasına dəvət edib. Ancaq gənc forvard AVRO-2019-un seçmə mərhələsində Almaniya və Kosovo ilə oyunlar üçün düşərgəyə gəlməkdən imtina edib.
Məlumatı “Azerisport” yayıb. Bildirilir ki, Dadaşov imtinasını bəzi məlum olmayan problemlərlə əlaqələndirib.
Əsas millinin üzvü sayılan oyunçu yığmada debüt etmək imkanı da qazanıb. O, San-Marino ilə görüşdə meydana çıxıb.
Almaniya və Kosovo ilə matçlar üçün əsas millinin daha bir gənc hücumçusu U-21-ə çağırılıb. Söhbət Ramil Şeydayevdən gedir. Mənbə iddia edir ki, “Qarabağ”ın hücumçusu sözügedən matçlarda U-21 millisinin düşərgəsində olacaq.
