Renat Dadaşov İngiltərədə növbəti oyununa çıxdı
04.02.2020 , 10:53

Millimizin futbolçusu Renat Dadaşovun şərəfini qoruduğu “Vulverhempton”un U-23 komandası İngiltərə Premyer Liqa 2-də növbəti oyununa çıxıb.
Korner.az-ın məlumatına görə, “canavarlar” səfərdə “Sauthempton”dan olan yaşıdları ilə qarşılaşıb və uduzub – 0:1.
Start heyətdə meydana çıxan Dadaşov sonadək mübarizə aparıb.
“Vulverhempton” bu oyundan sonra yer aldığı 1-ci qrupda 12 kollektiv arasında 11 xalla sonuncu pillədə qərarlaşıb.
