Almaniya Cənub Gənclər Bundesliqasında XXVII turun oyunları keçirilib.
Millimizin üzvü Renat Dadaşovun şərəfini qoruduğu “Ayntraxt U-19” doğma meydanda “Offenbax”la qarşılaşıb. Matç meydan sahiblərinin 6:0 hesablı qələbəsi ilə başa çatıb. Start heyətədə oyuna başlayan Dadaşov 9-cu və 26-cı dəqiqələrdə vurduğu qollarla qələbəyə töhfə verib.
bu oyundan sonra xallarının sayını 39-a çatdıran Frankfurt təmsilçisi turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
