Renat Dadaşov 90 dəqiqə oynadı
26.02.2020 , 15:10

Futbol üzrə İngiltərə Premyer Liqa Kubokunda növbəti oyunlar keçirilib.
Korner.az-ın məlumatına görə, millimizin futbolçusu Renat Dadaşovun çıxış etdiyi “Vulverhempton”un 23 yaşlılarından ibarət kollektivi “Derbi Kaunti” klubunun həmyaşıdları ilə qarşılaşıb. Görüş “canavarlar”ın yenilgisi ilə başa çatlb – 1:3.
Renat bu görüşdə əsas heyətdə meydana çıxıb və sona kimi meydanda olub.
“Vulverhempton”un növbəti rəqibi “Tottenhem” olacaq. Görüş martın 2-də keçiriləcək.
