Remzinin yeni ünvanı
01.07.2025 , 10:55

Tanınmış futbolçu Aaron Remzinin yeni klubu məlum olub.
Korner.az xəbər verir ki, Uels millisinin üzvü karyerasını Meksikada davam etdirəcək.
Bu barədə xarici KİV məlumat yayıb.
34 yaşlı yarımmüdafiəçinin “Unam Pumas” klubu ilə razılığa gəldiyi bildirilib. Tərəflər arasında 1+1 illik müqavilənin imzalanacağı gözlənilir.
