Remzinin yeni ünvanı
04.07.2025 , 11:37

Aaron Remzinin yeni ünvanı məlum olub.
Korner.az xəbər verir ki, uelsli yarımmüdafiəçi karyerasını Meksikada davam etdirəcək.
34 yaşlı futbolçu “Pumas”la razılığa gəlib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Oyunçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
