Remzi “Yuventus”la 5 illik müqavilə imzalayacaq
10.01.2019 , 10:53

“Arsenal”ın futbolçusu Aaron Remzi yayda azad agent kimi “Yuventus”a keçəcək.
Uelsli yarımmüdafiəçi Turin klubu ilə razılığa gəlib. O, yayda “Yuventus”la 5 illik müqavilə imzalayacaq. 28 yaşlı oyunçu yeni klubunda ilinə 8 milyon avro qazanacaq.
Qeyd edək ki, A.Remzinin London təmsilçisi ilə müqaviləsi cari mövsümün sonu başa çatır.
