Azərbaycan Premyer Liqasının V turunun ən gözlənilməz nəticəsi AZAL – “Qarabağ” matçına təsadüf etdi. Bu turadək ilk 2 pillədə qərarlaşan komandaların oyununda hər 2 tərəfin qələbəsi gözlənilən olsa da, böyük hesablı nəticə tura rəng qatdı. Korner.az-ın PFL-in rəsmi internet saytına istinadən verdiyi məlumata görə, 8 qolun vurulduğu matçda AZAL-ın 6:2 hesabı ilə qalib gəlməsi ilə hər 2 klub üçün tarixi nəticə əldə olundu.
“Qarabağ” tarixində 6-cı dəfə 4 top fərqi ilə məğlub oldu. Antirekordunu təkrarlayan komanda əvvəllər 5 dəfə belə ağır yenilgi almışdı. Sonuncu dəfə buna 7 il, daha dəqiqi 2692 gün əvvəl təsadüf olunmuşdu.
21.11.1999
Qarabağ (Ağdam) – Şəmkir
1 – 5
24.09.2000
Şəmkir – Qarabağ (Ağdam)
5 – 1
04.11.2000
Qarabağ (Ağdam) – Neftçi (Bakı)
0 – 4
22.09.2001
Şəmkir – Qarabağ-Azərsun (Ağdam)
5 – 1
24.05.2005
Turan (Tovuz) – Qarabağ (Ağdam)
4 – 0
“Qarabağ” tarixində ilk dəfə Azərbaycan çempionatında 6 qol buraxdı. İndiyədək ən pis halda ağdamlılar 5 qolla uduzmuşdu. Bu da 20 ildə cəmi 4 dəfə yaşanmışdı. Sonuncu belə hal 11 il və ya 4012 gün öncə baş vermişdi.
21.11.1999
Qarabağ (Ağdam) – Şəmkir
1 – 5
24.09.2000
Şəmkir – Qarabağ (Ağdam)
5 – 1
05.05.2001
Qarabağ (Ağdam) – Turan (Tovuz)
2 – 5
22.09.2001
Şəmkir – Qarabağ-Azərsun (Ağdam)
5 – 1
AZAL Premyer Liqada özünün ən böyük hesablı qələbəsini qazanmağa yaxın olsa da oyunun sonunda buraxılan 2 qolla rekorddan uzaq düşdü. Belə ki, “təyyarəçilər” 2 dəfə 5 top fərqi ilə də qalib gəlib.
10.05.2009
MOİK (Bakı) – Olimpik (Bakı)
1 – 6
16.10.2010
AZAL (Bakı) – İnter (Bakı)
5 – 0
Lakin AZAL 1 oyunda 6 qol vurmaqla 2 dəfə nail olduğu şəxsi rekordunu növbəti dəfə təkrarladı.
10.05.2009
MOİK (Bakı) – Olimpik (Bakı)
1 – 6
07.03.2012
AZAL (Bakı) – Sumqayıt Şəhər
6 – 3
