Rekord məbləğdə transfer
15.07.2023 , 12:06

“Leypsiq” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, Bundesliqa təmsilçisi “Lans”dan Lois Opendanı transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı forvardla 5 illik müqavilə imzalanıb.
“Leypsiq” belçikalı hücumçu üçün 43 milyon avro ödəyib. Bu, klub tarixinin rekord transferidir.
