Almaniya millisi dünya çempionatında tarixi uğura imza atıb.
Korner.az -ın yaydığı xəbərə görə, yığma dünən DÇ-2014-ün 1/4 finalında Fransaya qalib gələrək yarımfinala yüksəlib. Almaniya bu nəticə ilə dünya çempionatında tarixində dalbadal dördüncü dəfə 1/2 finala yüksələn ilk komanda olub.
Xatırladaq ki, Almaniya dünya çempionatında 2002-ci ildə finalda, 2006 və 2010-ci illərdə isə yarımfinal mərhələsində mübarizəni dayandırıb.
