Region Liqasının qeydiyyatına start veriləcək
01.08.2019 , 19:12

Avqustun 2-dən etibarən AFFA-nın Region Liqasının 2019/2020-ci il mövsümünün qeydiyyat mərhələsinə start veriləcək.
Korner.az xəbər verir ki,proses sentyabrın 15-dək davam edəcək.
Qeydiyyatdan keçmək istəyən komandalar müraciət ərizələrini regionliqası@affa.az ünvanına göndərə bilərlər.7 gûn ərzində müraciətlər cavablandırılacaq.
Müraciət ərizəsində komanda rəhbərliyi və ya təmsil etdiyi qrum tərəfindən stadion,təhlükəsizlik,ev oyunlarına təcili tibbi yardım ayrılması və səfər oyunlarına nəqliyyatın təmini ilə əlaqədar zəmanət verilməlidir.
