Region Liqasına bu tarixdə start veriləcək
14.09.2020 , 18:41

AFFA tərəfindən təşkil olunan Region Liqası turnirinin 2020/21-ci il mövsümünə bu il oktyabrın 24-dən etibarən start verilməsi planlaşdırılır.
Korner.az xəbər verir ki, bununla əlaqədar olaraq, sentyabrın 15-dən qeydiyyat prosesinə başlanacaq. Qeydiyyat oktyabrın 15-dək davam edəcək. Ötən mövsümlərdə turnirdə iştirak etmiş komandalar Qeydiyyat və statistika şöbəsinə (registration@affa.az), yeni qoşulmaq istəyən komandalar isə regionliqa@affa.az ünvanına müraciət edə bilər.
