Region Liqası: Pley-off mərhələsinin püşkü atıldı
06.04.2023 , 13:29
Bu gün AFFA-nın inzibati binasının iclas zalında Region Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.
Korner.az xəbər verir ki, ilk oyunlar 8-9 aprel, cavab qarşılaşmaları isə 15-16 aprel tarixlərində keçiriləcək.
Qeyd edək ki, Naxçıvan Region Liqasının qalibi 4-cü komanda kimi yarımfinala vəsiqə qazanacaq. Yarımfinal və final qarşılaşmaları bir oyundan ibarət olmaqla neytral meydanda təşkil olunacaq.