Regekampf keçmiş həyat yoldaşı ilə küçədə dava etdi – FOTO
25.09.2022 , 13:37

“Neftçi”nin baş məşqçisi Laurentiu Regekampf keçmiş həyat yoldaşı Anamariya Prodanla küçədə dava edib.
Korner.az xəbər verir ki, bu barədə Rumıniya mətbuatı məlumat yayıb.
Regekampf və Prodan küçədə mübahisə edib. Əvvəlcə Prodan mütəxəssisin üzündən tutub. Daha sonra isə Regekampf keçmiş yoldaşını döyüb.
Tərəflər hər ikisi polisə ərizə yazaraq, fiziki zorakılığa və zərbələrə məruz qaldıqlarını bildirib.
Laurentsiu Regekampf 2008-2021-ci illərdə Anamariya Prodanla evli olub. Onların bir övladı var.
