Recep Uçarı o əvəzlədi
21.04.2023 , 13:24

Türkiyənin “Ümraniyespor” klubunun yeni baş məşqçisi məlum olub.
Korner.az xəbər verir ki, komandanı bundan sonra Mustafa Er çalışdıracaq.
Bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Tərəflər arasındakı müqavilənin müddəti və detalları açıqlanmayıb.
O, bu postda bir neçə gün əvvəl istefaya göndərilmiş Recep Uçarı əvəz edib.
Ümraniyespor” hazırda 23 xalla 19 iştirakçı arasında 18-ci pillədə qərarlaşıb.
