“Reallıq budur ki, uduzmuşuq”
03.12.2022 , 18:05

“Səbail”in baş məşqçisi Mahmud Qurbanov Azərbaycan Premyer Liqasının XVI turunda “Qəbələ” ilə oyunu şərh edib.
Korner.az xəbər verir ki, o, 1:2 hesabı ilə məğlub olduqları matçdan sonra “CBC Sport”a açıqlamasında bunları deyib:
“İlk qolu biz vurmuşduq. Oyuna pis başlamamışdıq. Amma öz səhvlərimizdən qollar buraxdıq. İlk qolda mərkəzdə top itirdik. İkinci qol da öz səhvimizdən oldu. Həmişə deyirəm, amma heç bir nəticəsi yoxdur. Baxmaq lazımdır, ikinci qolda top rəqib oyunçunun əlinə dəymişdi. Reallıq budur ki, uduzmuşuq. Azı 1 xal qazanmaq istəyirdik”.
