Dünən İspaniya La Liqasında keçirilən “Elçe” – “Real” Madrid oyununda hakimin madridlilərin xeyrinə verdiyi mübahisəli penalti qalmaqala səbəb olub.
Korner.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, “Barsa”lı futbolçu Pike öz şəxsi “twitter” hesabından bunları yazıb: “Real”ın ifasında teatra baxıram”.
Öz növbəsində isə, Alvaro Arbeloa da Pikenin cavabını verib. O, “kataloniyalılar”ın kinonu teatra dəyişməklərinə sevindiyini deyərək “Barsa”lı futbolçuların simulyasiyalarına eyham vurub.