“Real”la oyunu buraxacaqlar
08.04.2024 , 23:28

“Mançester Siti”nin iki müdafiəçisi Çempionlar Liqasının 1/4 final mərhələsinin “Real”la ilk oyunu buraxacaq.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İngiltərə təmsilçinin müdafiəçiləri Kayl Uoker və Natan Ake Madrid klubuna qarşı oynamayacaqlar.
“Real” – “Mançester Siti” qarşılaşması sabah keçiriləcək.
